Növbəti tədbir - TYS təkmilləşdirilməsi həftəsi
TYS təkmilləşdirilməsinə aid hibrid simpozium
Simpoziumun məqsədi təcili yardim sistemləri sahəsində Azərbaycanın gələcəyə baxışını müzakirə etmək və təkmilləşdirməkdir. Simpoziumun hədəf qrupu Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu sahə üzrə qərarvericiləri, universitet müəllimləri, xəstəxana direktorları, təcili yardım şöbələrinin müdirləri və həkimləridir.
Simpozium hibrid formatda keçiriləcək. Canlı görüşdə müəssisələrdən dəvət olunmuş və əvvəlcədən qeydiyyatdan keçmiş iştirakçılar üçün 200 yer nəzərdə tutulur. Tədbirə onlayn qoşulacaq iştirakçılar da təqdim olunacaq link vasitəsi ilə əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Canlı iştirakçılara sonda sertifikatlar təqdim olunacaq.
- Days
- Hours
- Minutes
- Seconds