16 noyabr 2023 - 14:30 - 16:00

İctimai Səhiyyə Assosiasiyasının rolu

Müəyyən bir ölkənin/regionun ictimai sağlamlığının təkmilləşməsində İctimai Səhiyyə Assosiasiyalarının rolu və missiyasını müəyyən etmək, ictimai səhiyyə sahəsində peşəkar təşkilatların əhəmiyyətini müzakirə etməkdir.

ictimai səhiyyə işçiləri, ictimai səhiyyə tələbələri və rezidentləri və s.

Vebinar ictimai sağlamlığın əsas prinsipləri və assosiasiyaların oynadığı mühüm rolun müzakirəsinə həsr olunub. Avropa İctimai Səhiyyə Assosiasiyasının (EUPHA) və Türkiyə İctimai Sağlamlıq Dərnəyinin (HASUDER) təcrübələri ilə yanaşı Moldovanın postsovet transformasiyasındakı çətinlikləri müzakirə olunacaq. Həmçininv Azərbaycanda assosiasiyaların yaradılması ilə bağlı qaydalar, çətinliklər və assosiasiyaların yaxşı tərəfləri barəsində ətraflı məlumat veriləcək.

Bülent Kılıç

1998-ci ildən İzmir Dokuz Eylül Universiteti Tibb Fakültəsi İctimai Sağlamlıq kafedrasında professor vəzifəsində çalışır. Xüsusilə səhiyyənin idarə edilməsi və siyasəti, həmçinin səhiyyə sistemləri və sosial tibb ilə maraqlanır. 2021-ci ildən Türkiyə İctimai Sağlamlıq Mütəxəssisləri Birliyinin prezidentidir.

Maaike Droogers

Maaike EUPHA-da 2017-ci ilin mart ayında işə başlamışdır. İctimai səhiyyə sahəsində təcrübəsi ilə yanaşı QHT-lər və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzində (ECDC) çalışmışdır. Maaike, ana sağlamlığı, e-sağlamlıq, qidalanma, havanın keyfiyyəti və demensiya ilə bağlı tədqiqatlar da daxil olmaqla bir neçə ictimai səhiyyə tədqiqat layihəsində çalışmışdır. 2020-ci ilin yanvar ayından Maaike EUPHA-nın direktor müavinidir.

Ayaz Hüseynov

Ali Hüqüq və tibbi təhsil. Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri.

Oleg Lozan

2003-cü ildən İctimai Səhiyyə və İdarəetmə Məktəbinin təsisçisi, professoru və direktorudur və ümumi rəhbərlik, idarəetmə və nəzarət fəaliyyətini həyata keçirir. 27 avqust 2015-ci il tarixində Moldova Respublikası Hökuməti tərəfindən Yeni İctimai Sağlamlıq konsepsiyasının həyata keçirilməsi üzrə elmi işlərə görə Moldova Respublikasının Milli Mükafatı ilə təltif edilmişdir. 2008 – 2009-cu illər ərzində o, Moldova Respublikasında Səhiyyə Nazirinin müavini kimi “İctimai Səhiyyə haqqında” Yeni Qanunu təbliğ edib və səhiyyə sektorunda islahatlarda birbaşa iştirak etməklə ictimai səhiyyə və səhiyyə xidmətlərinin idarə edilməsi sahəsində strategiya və siyasətlər hazırlayıb həyata keçirmişdir.

Belgin Ünal

Prof., Dr., Dokuz Eylül Universiteti

https://who.zoom.us/j/95809004106
 
Meeting ID: 958 0900 4106
Passcode: +t5n=xth