16 iyun 2023 - 14:00 - 15:00

Tibb və sağlamlıq təhsili sahəsində bacarıqların əldə edilməsi: ATU TSET təcrübələri

Bu vebinarın məqsədi tibb və sağlamlıq təhsili sahəsində bacarıqların öyrədilməsi prinsipləri və metodları, eləcə də ATU TSET-in bacarıq təlimi təcrübələrini bölüşməkdir.

İştirakçılar bacarıq təliminin əhəmiyyəti, yanaşmalar və metodlar, həmçinin bacarıqların öyrədilməsi vasitələri haqqında məlumat əldə edəcəklər.

Aydan Qədimli

Aydan Qədimli 2019-2020-ci illər arasında Hacettepe Universiteti Əczaçılıq Fakültəsində qonaq elmi işçi vəzifəsində çalışıb. 2021-ci ildə farmakoqnoziya sahəsində doktorantura təhsilini başa vurub. 2021-2022-ci illərdə Farmakoqnoziya kafedrasında baş laborant vəzifəsində çalışıb. 2022-ci ilin sentyabr ayından Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasında assistent vəzifəsində çalışır və burada sağlamlıq təhsili və bacarıqların tədrisi sahəsində tədqiqatlar aparır.

Nilüfer Demiral Yılmaz