22 iyun 2023 - 15:00 - 16:30

Azərbaycanda ilkin səhiyyə və ictimai səhiyyənin inteqrasiyası

İctimai səhiyyə və ilkin səhiyyə xidmətinin beynəlxalq təcrübədən alınan nümunələr əsasında inteqrasiya yolları müzakirə etmək

İlkin səhiyyə xidməti və ictimai səhiyyə əhalinin sağlamlıq problemlərinin qarşısının alınması və həlli üçün əsasdır. COVID-19 pandemiyası bütün dünyada ictimai səhiyyə və ilkin səhiyyə xidmətlərinin inteqrasiyasının vacibliyini göstərdi. Sağlamlıqla bağlı hər hansı yeniliyin tətbiqi üçün inteqrasiya olunmuş modelləri nəzərdən keçirmək çox əhəmiyyətlidir və bu baxımdan Şamaxı rayonunda aparılan işlər müsbət təcrübə hesab oluna bilər.

Rasim Tahirli

Həkim-infeksionist ixtisası üzrə təhsil almış Dr. Rasim Tahirli “Vərəmlə mübarizədə ən yaxşı model üzrə” ÜST təlim mərkəzinin pedaqoqu olub. O, həmçinin Müdafiə Nazirliyində Terapiya şöbəsinin ordinatoru və Mikobakterioloji laboratoriyanın müdiri vəzifələrində çalışıb. Dr. Tahirli həmçinin Avropa Laborator Təşəbbüsünün Əsas İşçi Qrup üzvü kimi fəaliyyət göstərib.

TƏBİB-in İlkin tibbi-sanitariya yardımının təşkili şöbəsinin böyük məsləhətçisi

Mehmet Akman

Dr. Mehmet Akman maqistr pilləsini ictimai səhiyyə sahəsi üzrə başa vurub. O, 2002-ci ildən etibarən İstanbul şəhərində yerləşən Mərmərə Universitetinin Ailə təbabəti kafedrasında fəaliyyət göstərir və sözügedən sahə üzrə professor elmi dərəcəsinə malikdir. Dr. Akman 2018-ci ildən ÜST-nin Azərbaycandakı Ofisi ilə əməkdaşlıq edir. Professor eyni zamanda “Primary Health Care Research & Development” jurnalının köməkçi redaktoru və Beynəlxalq Ailə Həkimləri Təşkilatının işçi qrupunun tədqiqat üzrə sədridir.

Mərmərə Universitetinin Ailə təbabəti kafedrasının professoru

Kevser Vatansever

Dr. Kevser Vatansever səhiyyə peşəkarlarının təhsili və ictimai səhiyyə üzrə təhsil alıb. İzmir şəhərində yerləşən Ege Universitetində Tibb təhsili kafedrasında fəaliyyət göstərib.

ÜST-nin Azərbaycandakı ofisində ilkin səhiyyə xidməti, ictimai səhiyyə və immunizasiya üzrə ekspert

Tural Qulu