7 iyul 2023 - 14:00 - 15:00

Tibb bacısı işində bacarıqların öyrədilməsi üzrə mentorluq və kouçinq

Vebinar iştirakçıları bacarıqların inkişafına dair müasir təlim metodları və yanaşmaları haqqında maarifləndirmək məqsədi daşıyır.

Bu vebinarda tibb bacısı işi təhsilində bacarıqların inkişafı üzrə təlim prosesindəki kouçinq və mentorluq istiqamətlərindən bəhs ediləcək.

Bütün tibb işçiləri, rezidentlər, tibb tələbələri, təhsil sahəsində çalışanlar və s.

Hale Sezer

Dr. Hale Sezer bakalavr təhsilini İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində alıb və Tibb bacısı işi fakültəsini bitirib. Magistr dərəcəsini isə yenidən İzmirin Ege Universitetinin Sağlamlıq Elmləri İnstitutunda Tibb bacısı işi təhsili üzrə qazanıb. Dr. Sezer daha sonra təhsilini davam etdirərək, sözügedən universitetin Tibb təhsili kafedrasında tibb təhsili üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
O, özəl tibb müəssisələrində tibb bacısı olaraq çalışdıqdan sonra Ege Universitetinin Tibb bacısı işi təhsili kafedrasında elmi işçi olaraq fəaliyyətə göstərib.

Dr. Hale Sezer 2019-cu ildən etibarən İzmir Bakırçay Universitetinin Sağlamlıq elmləri fakültəsinin müəllimidir.

Nilüfer Demiral Yılmaz

Dr. Nilufər Demiral Yılmaz İzmir şəhərində yerləşən Ege Universitetinin Tibb təhsili kafedrasının dosentidir.

ÜST-nin beynəlxalq eksperti