6 iyul 2023 - 19:00 - 20:00

Tibb müəssisələrində infeksion alovlanmaların araşdırılması

Vebinar İPİN və ya İPİN ilə əlaqəli sahələrdə çalışan tibb işçilərini tibb müəssisəsində baş verən səhiyyə xidməti ilə əlaqəli infeksiyanın (SXƏİ) alovlanmasının müəyyənləşdirilməsi yolları və SXƏİ alovlanması müəyyən edildikdən sonra hansı addımların atılmalı olduğu barədə maarifləndirmək məqsədi daşıyır.

1. SXƏİ alovlanmasının müəyyən edilməsi;
2. Alovlanmanın təsviri;
3. Alovlanmanın araşdırılması: Alovlanmanın və nəzarət tədbirlərinin təhlili və əlaqələndirilməsi.

Can Hüseyin HEKİMOĞLU

Can Hüseyin Hekimoğlu yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə dosent və epidemiologiya mütəxəssisidir. O, həmçinin təhsildə ölçmə və qiymətləndirmə üzrə magistr dərəcəsinə sahibdir. Dr. Hekimoğlu eyni zamanda 2017-ci ildən etibarən Türkiyə Cümhuriyyəti Səhiyyə Nazirliyinin Səhiyyə xidməti ilə əlaqəli infeksiya bölməsində çalışır. Bundan başqa o, Türkiyənin Gigiyena və Eksperimental Biologiya Bülleteninin statistik redaktorudur.

ÜST-nin Azərbaycandakı Ofisində infeksion profilaktika və infeksion nəzarət üzrə məsləhətçi

Nilufər Məmmədova

Həkim-mütəxəssis infeksionist Dr. Məmmədova ATU-nun Yoluxucu xəstəliklər kafedrasının assistentidir.

ÜST-nin Azərbaycandakı Ofisində səhiyyə işçilərinin təhsili üzrə yerli məsləhətçi