Mikrobların sidik yoluna daxil olub infeksiyaya səbəb olmasının təsviri; tibb müəssisələrində kateterlə əlaqəli sidik yolu infeksiyaları riskinin aşkar edilməsi; kateterdən istifadənin düzgün və səhv göstəricilərinin izahı; kateterin düzgün yerləşdirilməsi praktikası və infeksiyanın profilaktikasının idarə edilməsi, o cümlədən multimodal təkmilləşdirmə strategiyalarının tətbiqi
Kateterlə əlaqədar sidik yolu infeksiyaları (SYİ) geniş yayılmış xəstəxanadaxili infeksiyalardandır (XDİ). Bu infeksiyalar əsasən uzun müddət və ya ehtiyac olmadan kateterdən istifadə edildiyinə və ya qapalı drenaj sisteminin pozulmasına görə bakteriyanın orqanizmə daxil olması ilə baş verir. Bir çox XDİ kimi bu infeksiyaların da qarşısı alına bilər. Bu vebinarda siz kateterlə əlaqədar SYİ halları, səbəbləri, riskləri və sidik yolu kateterinin istifadəsi ilə bağlı düzgün göstəricilərlə tanış olacaqsınız.
Ana Paula Coutinho Rehse
Texniki məsələlər üzrə əməkdaş – İnfeksiyanın Profilaktikası və Nəzarət, İnfeksiya Təhlükəsinin İdarə edilməsi Proqramı, ÜST-ün Səhiyyədə fövqəladə hallar şöbəsi, ÜST-ün Avropa üzrə regional nümayəndəliyi
Cəvahir Süleymanova