Bu vebinarın məqsədi təcili yardım şöbəsinin əməkdaşlarına şok halında olan xəstələrin idarə edilməsi haqqında məlumat verməkdir
Bu vebinarda əsas diqqət şok keçirən xəstələrin sübutəsaslı idarəedilməsinə ayırılacaq. Şok operativ və effektiv müdaxilə tələb edən kritik vəziyyətdir. Biz, hipovolemik, kardiogen, distributiv və obstruktiv şok daxil olmaqla müxtəlif növ şok vəziyyətlərinin idarə edilməsinə dair ən son təlimatları və nümunəvi praktikaları araşdıracağıq. Sübutəsaslı yanaşmaları öyrənməkdə məqsədimiz iştirakçıların şok vəziyyətində olan xəstələrə optimal qulluq göstərmək haqqında təsəvvürlərini və bacarıqlarını artırmaqdır.
Yunus Emre Özlüer
Təcili Tibbi Yardım üzrə dosent, Adnan Menders Universitetinin Tibb fakültəsi, Təcili Tibbi Yardım kafedrası, Aydın, Türkiyə
Funda Karbek Akarca
Həkim, Təcili tibbi yardım üzrə dosent, Ege Universitetinin Tibb fakültəsi, Təcili Tibbi Yardım kafedrası, İzmir, Türkiyə