17 oktyabr 2023 - 19:30 - 21:00

Kateterlə əlaqəli qan dövranı infeksiyalarının profilaktikası: mərkəzi kateter

Mərkəzi venoz kateterin istifadəsi ilə əlaqəli infeksiyaların epidemiologiyasının və risklərinin təsviri; kateterin yerləşdirilməsi üzrə qabaqcıl təcrübənin təsviri; kateterə qulluq və onun çıxarılması üzrə qabaqcıl təcrübənin təsviri

Mərkəzi və periferik venoz kateterlərin istifadəsi qlobal olaraq səhiyyə xidmətində geniş yayılmışdır. Bu qurğulardan istifadə edərkən xəstələrin qan dövranı infeksiyasına (QDİ) yoluxması riski mövcuddur. Bu təlimdə siz konkret infeksiya növləri, kateterin qoyulması, ona qulluq və çıxarılması üzrə tövsiyə olunan təcrübələr və profilaktik məqsədlə ən effektiv icra üsulları ilə tanış olacaqsınız.

Ana Paula Coutinho Rehse

Texniki məsələlər üzrə əməkdaş – İnfeksiyanın Profilaktikası və Nəzarət, İnfeksiya Təhlükəsinin İdarə edilməsi Proqramı, ÜST-ün Səhiyyədə fövqəladə hallar şöbəsi, ÜST-ün Avropa üzrə regional nümayəndəliyi

Cəvahir Süleymanova

(ÜST/Ölkə nümayəndəliyinin İPN heyətinin rəhbəri)