26 oktyabr 2023 - 14:30 - 15:30

Cinsi və reproduktiv sağlamlıq

Cəmiyyətdə cinsi və reproduktiv sağlamlıq xidmətlərinin vacibliyini vurğulamaq

Tez-tez bir çox cəmiyyətlərdə cinsi və reproduktiv sağlamlıq xidmətləri qadının reproduktiv yaşına, hamiləlik zamanı ölüm və ailə planlaması mövzularına xüsusi diqqət ayırmaqla, tabu sayılır. Bununla belə, səhiyyə xidmətlərinin müasir anlamında cinsi və reproduktiv sağlamlıq hərtərəfli baxış tələb edən və bütövlükdə cəmiyyətə fayda verən bir xidmət kimi qəbul edilir. Bu təqdimatda biz cinsi və reproduktiv xidmətlərin tərifinə və əhatə dairəsinə, eləcə də müdaxilələrin fərdin və icmanın sağlamlığına təsirinə toxunacağıq.

Asya Banu Babaoğlu

Dosent Asya Banu Babaoğlu.
Həkim və ictimai səhiyyə üzrə mütəxəssis. İxtisaslaşmasını bitirdikdən sonra 2008-2015-ci ildə Səhiyyə Nazirliyinin müxtəlif sahəvi və inzibati şöbələrində işləmişdir. Əsas fəaliyyət sahələri cinsi və reproduktiv sağlamlıq, tibbi təhsil, tibbi savadlılıq, uşaq və yeniyetmə sağlamlığı və yolxucu olmayan xəstəliklərə nəzarətdir. O, İctimai Səhiyyə İşçiləri Birliyinin Yolxucu olmayan Xəstəliklər üzrə İşçi Qrupunun rəhbəridir. Hazırda İzmir Katip Çelebi Universiteti, Tibb fakültəsi, İctimai səhiyyə kafedrasının dostentidir.
 

Qadın səhiyyə xidmətlərinin əhəmiyyətini göstərmək

Bu təqdimat respublikamızda qadınların səhiyyə xidmətlərinə cıxışı, onların tibbi xidməti ilə əhatə olunması, hamilə qadınlara göstərilən tibb xidmətlər haqqında məlumatları əks etdirir.

Aynurə Zeynalova

1996-2002-ci illərdə ATU-nun pediatriya fakultəsini bitirib, ixtisasca həkim-pediatrdır, Buzovna qəs.yerşələşən 14 nömrəli Birləşmiş şəhər xəstəxanasında sahə pediarı, daha sonra isə Xəzər (keçmişdə Əzizbəyov) rayonunun baş pediatrı vəzifəsində çalışıb. 2006-cı ilin 21 iyun tarixindən Səhiyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışır, 2022-ci ildən sektor müdiri vəzifəsində işləyir.

Belgin Ünal

Prof., Dr., Dokuz Eylül Universiteti