1 iyun 2023 - 16:00 - 17:30

Tütünə qarşı mübarizə tədbirlərinə necə nəzarət etmək olar?

Azərbaycanda tütünlə mübarizə sahəsində görülən işlər

MPOWER əsasında tütünə qarşı mübarizə tədbirlərinin monitorinqi üçün tövsiyə və alətləri müzakirə etmək

Tütünə qarşı mübarizə tədbirlərinə necə nəzarət etmək olar?

Tütünə qarşı mübarizə qlobal sağlamlıq prioritetidir. Müxtəlif vasitələrdən istifadə etməklə tütünə qarşı mübarizə tədbirlərinin monitorinqi problemi müəyyənləşdirmək və gələcək üçün həll yolları təklif etmək üçün faydalı olacaq. Bu vebinarda bu cür təfərrüatlar fənlərarası yanaşmada müzakirə olunacaq.

Azərbaycanda tütünlə mübarizə sahəsində görülən işlər

Azərbaycanda tütünə qarşı mübarizə siyasəti, tütün əleyhinə milli qanunvericilik, tütünə qarşı aparılan kampaniyalar, “SmokeFree” veb və mobil tətbiqi, habelə tütündən imtina üzrə “Qaynar xətt” və digər mözular haqqında da məlumat vebinarda təqdim olunacaq.

Bütün tibb işçiləri, rezidentlər, tibb tələbələri, təhsil sahəsində çalışanlar və s.

Dilek Aslan

Dilek Aslan İctimai səhiyyə üzrə professordur və 2000-ci ildən Hacettepe Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı Departamentində çalışır.     

Təcrübələri:

– NIH Fogarty Beynəlxalq Proqramı tərəfindən maliyyələşdirilən Boston Uşaq Xəstəxanasında (Boston/ABŞ) təcrübə (2002) . Bu dövrdə Harvard T.H.-də kursları bitirmişdir.

– Chan İctimai Səhiyyə Məktəbi (Payız Semestri, 2022).

– Magistr, Qidalanma və Qida Elmləri, Hacettepe Universiteti, Sağlamlıq Elmləri İnstitutu, Xalq Sağlamlığı Bölməsi (2004). 

– İctimai sağlamlıq sahəsində müxtəlif milli və beynəlxalq təlim proqramlarını (məsələn, tütünə qarşı mübarizə, yaşlanma, beynəlxalq sağlamlıq və s.) tamamlamışdır.

– Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunmuş infodemik idarəetmə üzrə sertifikatlaşdırılmış təlim proqramını tamamlamışdır (dekabr 2021).

Könül İsmayılova

2019-cu ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Səhiyyə siyasəti şöbəsinin əməkdaşı olaraq çalışır.

Təcrübələri:

2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.

2012-2017-ci illərdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rezident-həkim kimi fəaliyyət göstərib.

2017-2019-cu illərdə “Sağlamlıq sahəsi” poliklinikasında həkim-nevroloq vəzifəsində çalışıb.

Belgin Ünal